TİENS
TİENS
Hər bir uğurlu biznesin sosial mediada güclü mövqeyə sahib olması vacibdir. Tiens kimi qlobal bir brend üçün də sosial media yalnız məhsul paylaşmaq deyil, izləyicilərlə ünsiyyət qurmaq, güvən yaratmaq və satışları artırmaq üçün bir platformadır. Lakin layihəyə başladığımız zaman bəzi əsas problemlərlə qarşılaşdıq.
Problemlər
Əsas Problemlər
❌ Aşağı aktivlik – Postlara qarşılıqlı reaksiya az idi.
❌ Düşük dönüşüm – Potensial müştərilər məhsulları görürdü, amma satış baş vermirdi.
❌ Plansız SMM idarəçiliyi – Kontent strategiyasız paylaşılırdı.
Həllər
BİZİM HƏLLƏRİMİZ
✅ Kontent Strategiyası – İzləyiciləri cəlb edən, məhsulun dəyərini vurğulayan paylaşımlar.
✅ İnteraktivlik və Aktivlik Artışı – Storylər, anketlər, sual-cavab sessiyaları ilə səhifəni canlandırdıq.
✅ Satış Fokuslu Reklamlar – Hədəf auditoriyaya uyğun Instagram və TikTok reklamları ilə dönüşümləri artırdıq.
tİens
Tİens üçün SMM strategİyamız
Brendin sosial mediada böyüməsini təmin edərək, izləyici aktivliyini artırdıq, müştəri bazasını genişləndirdik və satışları yüksəltdik. Tiens-in daha geniş auditoriyaya çatması və güclü rəqəmsal mövcudluq qazanması üçün məqsədyönlü və strateji yanaşma tətbiq etdik.
Gördüyümüz İşlər
🔹 Kontent strategiyası: Tiens-in əsas dəyərlərini əks etdirən keyfiyyətli və cəlbedici postlar hazırlandı. İzləyiciləri maarifləndirən, məhsulların faydalarını izah edən postlar paylaşdıq.
🔹 Dizayn və vizual tərtibat: Brendin rənglərinə və üslubuna uyğun vizual dizaynlar yaradaraq səhifənin vahid stilini qoruduq.
🔹 Reklam strategiyası: Meta Ads və TikTok Ads üzərindən hədəf kütləyə yönəlmiş reklam kampaniyaları həyata keçirdik. Reklamların nəticələrini analiz edərək büdcəni maksimum effektivliklə istifadə etdik.
🔹 İnteraktivlik və izləyici artımı: Story anketləri, sual-cavab bölmələri və aktiv izləyicilərlə ünsiyyət quraraq səhifəni dinamik saxladıq.
🔹 Satış fokuslu yanaşma: Hər postda izləyicini müştəriyə çevirmək üçün güclü CTA (Call-to-Action) elementlərindən istifadə etdik.