TikTok Ads vs Instagram Ads – Hansı platforma sizin biznes üçün uyğundur?
2025-ci ildə sosial media marketinqinə investisiya etməliyəmmi? Bu yazıda cavab tapacaqsınız.
Sosial media reklamlarının yüksəlişi
2025-ci ilə gəldikdə, rəqəmsal reklam sahəsində iki əsas platforma ön plana çıxır: Instagram və TikTok. Hər iki platforma milyonlarla istifadəçi ilə bizneslərə inanılmaz potensial təqdim edir. Amma sual yaranır: Sizin biznesiniz üçün hansı daha uyğundur?
Bu blogda hər iki platformanı aşağıdakı aspektlər üzrə müqayisə edəcəyik:
-
Auditoriya və istifadəçi davranışı
-
Reklam formatları və kreativ imkanlar
-
Büdcə və konversiya imkanları
-
Nəticələrin izlənməsi və optimallaşdırma
-
Platforma üstünlükləri və çatışmazlıqları.
TikTok Ads – Yeni nəsil kreativ reklamçılıq
1. TikTok da Gənc və aktiv auditoriya
TikTok daha çox 18-34 yaş aralığında istifadəçilərlə məşhurdur. Əgər məhsul və ya xidmətiniz gənc auditoriyanı hədəfləyirsə, TikTok sizin üçün güclü bir platformadır.
2. TikTok da Kreativ və orijinal formatlar
TikTok Ads-də istifadə edə biləcəyiniz formatlar:
In-Feed Ads (ana lentdə görünən reklamlar)
TopView (ilk açılışda görünən reklamlar)
Branded Hashtag Challenges (brendiniz üçün challenge yaratmaq)
Spark Ads (digər istifadəçilərin kontentinə əsaslanan reklam)
Bu formatlar brendə viral potensial, brend tanınması və interaktivlik verir.
3. TikTok Nəticələri və reklam ROI
TikTok Ads platforması son illərdə optimallaşdırma alətləri ilə inkişaf etsə də, hələ də bəzi bizneslər üçün konversiya baxımından tam oturuşmayıb. Əsasən awareness və engagement mərhələsində daha effektivdir.
Instagram Ads – Dəyərini sübut etmiş reklam nəhəngi
1. Yaş aralığı və satınalma niyyəti
Instagram daha geniş yaş aralığına sahibdir və istifadəçilərin sosial media üzərindən alış qərarı vermə ehtimalı daha yüksəkdir.
Instagram istifadəçilərinin böyük hissəsi artıq məhsul axtarmaq və markalarla əlaqə yaratmaq üçün bu platformadan istifadə edir.
2. Müxtəlif reklam formatları və satışa yönəlmə
Instagram Ads-də istifadə edilə bilən formatlar:
Stories və Reels Ads
Carousel (slayd tipli) reklamlar
Explore səhifəsi üçün reklamlar
Click-to-Messenger və ya WhatsApp reklamları
Bu formatlar vasitəsilə:
Məhsul kataloqunu göstərə
Sayta trafik yönləndirə
Dərhal əlaqə imkanı təqdim edə bilərsiniz.
3. Təkmilləşmiş reklam alətləri
Facebook Ads Manager vasitəsilə Instagram reklamlarını idarə etdiyiniz üçün burada pixel, retargeting və lookalike alətləri ilə konversiyaya fokuslanmaq çox daha rahatdır.
TikTok və İnstagramın – Qiymət və Effektivlik müqayisəsi
Özəllik TikTok Ads
Instagram Ads
Auditoriya Gənc, kreativ, daha spontan Geniş yaş aralığı, daha məqsədli Reklam formatları Video əsaslı, viral kontent Video + vizual + interaktiv ROI (investisiya gəliri) Awareness üçün güclü Satış və konversiya üçün üstün Reklam büdcəsi Nisbətən ucuz başlaya bilər Daha rəqabətli və optimallaşdırılmış Platforma alətləri Əsas alətlər var, inkişaf edir Geniş və təkmilləşmiş sistem
Nəticə: Hansını seçməli?
Əgər brendiniz gənc auditoriyaya xitab edirsə və əsas məqsəd tanıtımdırsa – TikTok Ads.
Əgər satış, yönləndirmə və ölçüləbilən nəticə istəyirsinizsə – Instagram Ads.
Ən effektiv yanaşma isə: hər iki platformadan test əsaslı istifadə etməkdir. Büdcəni bölün, A/B testləri edin və nəticələrə əsasən strategiyanı müəyyən edin.
Tövsiyə: Addım-addım necə başlamaq olar?
-
Hədəf auditoriyanızı müəyyənləşdirin.
-
Məhsul və ya xidmətinizi hansı platformada daha rahat təqdim edə biləcəyinizi təyin edin.
-
100-300 AZN aralığında test kampaniyası yaradın.
-
7 gün sonra nəticələri analiz edin və ən effektiv kanala fokuslanın.
BURADAN BİZİM XİDMƏTLƏRİMİZLƏ TANIŞ OLA SİZƏ MARAQLI DİGƏR BLOGLARIMIZI OXUYA VƏ PORTFOLİOMUZA BAXA BİLƏRSİNİZ:
