ECOHOME
ECOHOME
ECOHOME – elektronika və məişət texnikası sahəsində fəaliyyət göstərən onlayn satış platformasıdır. Brendin əsas məqsədi müştərilərə yüksək keyfiyyətli texnoloji məhsulları sərfəli qiymətlərlə təqdim etmək və alış prosesini maksimum rahatlaşdırmaqdır.
ECOHOME, müasir dizayna sahib, mobilə uyğunlaşdırılmış veb platforması və aktiv sosial media fəaliyyəti ilə alıcı təcrübəsini sadə, sürətli və güvənli hala gətirir. Məhsul çeşidlərinə televizorlar, məişət texnikaları, telefonlar, aksesuarlar və digər elektron cihazlar daxildir.
Problemlər
Əsas Problemlər
❌ Bazarda çoxsaylı rəqiblər – Elektronika bazarı kifayət qədər doludur və fərqlənmək üçün vizual və mesaj baxımından güclü brend dili tələb olunur.
❌ İzləyici və etibar çatışmazlığı – Yeni brend olduğu üçün sosial mediada kifayət qədər izləyici və müştəri rəyi yox idi.
❌ Kontentin sistemsizliyi – Məhsullar fərdi şəkildə paylaşılırdı, lakin vahid və satış yönümlü kontent planı yox idi.
❌ Alıcını cəlb edən reklamların olmaması – Mövcud reklamlar kifayət qədər hədəflənməmiş və dönüşüm zəif idi.
Həllər
BİZİM HƏLLƏRİMİZ
✅ Peşəkar kontent planı hazırladıq – Elektronika məhsullarını funksiyaları, qiymət üstünlükləri və gündəlik istifadədəki faydaları ilə birlikdə təqdim edən plan quruldu.
✅ Vizual brend dili formalaşdırıldı – ECOHOME üçün rəqəmsal vitrin kimi görünəcək dizayn dili yaradıldı və vahid vizual üslub quruldu.
✅ Reklam strategiyası quruldu – Meta Ads vasitəsilə hədəf auditoriyaya uyğun reklam kampaniyaları işə salındı.
✅ Sosial sübutlar əlavə edildi – Müştəri rəyləri, “ən çox satılanlar” və endirimli məhsullar ön plana çıxarıldı.
✅ Sayt və sosial media arasında inteqrasiya – Postlar və bio linklər vasitəsilə izləyicilər asanlıqla məhsul səhifələrinə yönləndirildi.
ECOHOME
ECOHOME ÜÇÜN SMM STRATEGİYASI
ECOHOME – elektronika və məişət texnikası məhsullarını onlayn şəkildə təqdim edən brend olaraq rəqəmsal aləmdə tanınmaq və güvən qazanmaq mərhələsində idi. Bizim SMM strategiyamız bu məqsədlə brendin sosial mediada peşəkar və müasir görünməsini təmin etmək, izləyici bazasını formalaşdırmaq və satışa yönəlmiş kontentlər yaratmaq üzərində quruldu. Vizual dizayn, reklam kampaniyaları və alıcıya dəyər verən kontentlərlə brendin mövcudluğunu gücləndirməyə fokuslandıq.
Gördüyümüz İşlər
🔹 Instagram və Facebook səhifələrinin tam tərtibi və vizual kimlik dizaynı
🔹 Həftəlik və aylıq kontent planlarının hazırlanması və paylaşımı
🔹 Ən çox axtarılan məhsullar üçün tematik reklam kampaniyaları (endirim, müqayisə, “ən çox baxılan”)
🔹 Sosial media ilə sayta keçidi gücləndirən CTA dizaynları və link strukturları
🔹 Story seriyaları, məhsul təqdimatı, və tez-tez verilən suallara cavab seriyaları
🔹 Reklam büdcəsinin idarəsi və nəticələrin analizi